AZ

Tanınmış dietoloqdan arıqlamaq istəyənlərə MƏSLƏHƏTLƏR

Rusiyalı tanınmış dietoloq Yelena Kalen arıqlamaq istəyənlərə məsləhətlər verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq bildirib ki, artıq çəkidən azad olmaq üçün qızardılmış ət məhsullarından, pomidordan, badımcandan və konservləşdirilmiş turşulardan istifadə edilməməlidir.

Buna səbəb isə həmin məhsulların tərkibində tiramin maddəsinin çox olmasıdır. 

Bundan başqa, dietoloq xatırladıb ki, axşam saatlarında yağlı, şəkərli qidaların qəbulu da yolverilməzdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla