AZ

ABŞ prezidentliyinə namizəd SAXLANILDI

Sent-Luisdəki Vaşinqton Universitetində Fələstin tərəfdarlarının keçirdikləri etiraz aksiyasında Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizəd Cill Stayn saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Seçki kampaniyasının meneceri Ceyson Koll etiraz zamanı yüzə yaxın adamın da saxlanıldığını bildirib.

"Etirazçılar universitetdən Qəzzada davam edən Fələstin xalqının soyqırımında istifadə edilən döyüş sursatları istehsal edən"Boeing"dəki payını dayandırmağı tələb ediblər", - Koll bildirib.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla