AZ

İki ukraynalı hərbçi Almaniyada öldürüldü

Almaniyada iki Ukrayna vətəndaşına hücum olub.

KONKRET.az xəbər verir ki, şənbə günü axşam, aprelin 27-də onlar ticarət mərkəzində bıçaqlanıb. Biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Hadisə Almaniyanın Murnau-am-Staffelsee şəhərində yerli ticarət mərkəzinin ərazisində baş verib. Ölənlər 1987 və 2001-ci il təvəllüdlü Ukrayna vətəndaşlarıdır. Ukraynanın Münhendəki Baş Konsulluğundan verilən məlumata görə, təhlükəsizlik qüvvələri qətl törətməkdə şübhəli bilinən 57 yaşlı Rusiya vətəndaşını saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

İstintaqın məlumatına görə, ölənlər hərbçilərdir. Almaniyada onlar tibbi reabilitasiyadan keçiblər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinə və Münhendəki Baş Konsulluğa işi xüsusi nəzarətdə saxlamağı tapşırıb. Xarici işlər naziri Almaniya təhlükəsizlik qüvvələrinə də təşəkkür edib.

Jurnalistlərin məlumatına görə, ölənlər rusiyalı ilə birlikdə içki içiblər. İddialara görə, münaqişə baş verən zaman kişilər birlikdə istirahət ediblər.

Alman mətbuatı yazır ki, “Şahid ifadələrinə görə, hadisədə iştirak edən üç nəfər əvvəllər də bir yerdə görüntülənib”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3402
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3327
Bu yol qovşağında təmir işləri aparılacaq
2796
Bakıda hoteldə yanğın başlayıb
2428
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1451
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1444
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1433
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1291
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1104
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1102
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
964
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
907
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
866
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
814
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
775
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
769
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
767
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
744
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
732
Sabah 5 kəndin qazı kəsiləcək
712