AZ

Premyer Liqa: “Zirə” bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçı Zirədə keçiriləcək. Burada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” autsayderlər qrupunda qərarlaşmış “Araz-Naxçıvan”ı qəbul edəcək.

“Zirə”nin əsas rəqibləri olan “Neftçi” və “Sumqayıt” bu turu qələbə ilə başa vurduqları üçün turnir cədvəlində qəsəbə təmsilçisindən önə keçiblər. Rəşad Sadıqovun komandası bu gün növbəti qələbəsini qazana bilsə, yenidən 2-ci sıraya yüksələcək. Ardıcıl 4 oyundur məğlub olan “Araz-Naxçıvan” isə bu uğursuz gedişata son qoymaq üçün meydana çıxacaq.

Hazırda “Zirə” 49 xalla 4-cü, “Araz-Naxçıvan” isə 32 xalla 9-cu sırada qərarlaşıb.

“Zirə” ilə “Araz-Naxçıvan” yalnız bu mövsüm qarşılaşıblar. Əvvəlki 3 oyunda hər üç nəticə qeydə alınıb: komandaların hərəyə 1 qələbəsi varsa, 1 qarşılaşmada da heç-heçə qeydə alınıb.

Premyer Liqa
32-ci tur

27 aprel

“Sabah” – “Səbail” 2:0
Qollar: Con İrasabal, 22. Cesse Sekidika, 40.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 18:00.

28 aprel

“Qəbələ” – “Kəpəz” 0:1
Qol: Martins Junior, 7.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 15:30.

“Neftçi” – “Turan Tovuz” 3:0
Qollar: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:45.

“Sumqayıt” – “Qarabağ” 1:0
Qol: Roi Kehat, 70.
Hakimlər: Rauf Cabbarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

29 aprel

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla