AZ

Düzgün idman matını necə seçməli?

İdmanın faydalarını hamı bilir. Onu da bilirik ki, yaşından asılı olmayaraq, hər kəs gündəlik olaraq idman hərəkətləri etməlidir. Hazırkı vəziyyət idmansevərləri zallardan məhrum edib. Çarəni açıq havada gəzinti etməkdə görənlər də pandemiya səbəbindən evdə qalmalı olurlar. Amma bu o demək deyil ki, idman etməməliyik. Ev şəraitində də idman hərəkətləri etməklə formada qalmaq mümkündür. Bunun üçün mütəxəsislərin tövsiyyələrindən ibarət videoçarxları izləməklə yanaşı, düzgün idman alətləri seçmək də vacibdir. Məsələn, demək olar izlədiyimiz bütün idman videolarında rast gəldiyimiz , amma mahiyyəti haqqında bir çoxlarımızın məlumatsız olduğu idman matı. Əgər evdə idman edirsinizsə, düzgün mat şərtdir. Xalçada və ya yerdə idman etmək zədələnmələrə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən düzgün idman matı alarkən diqqət etməli olduğunuz məqamları təqdim edir:

- Altı sürüşkən olmamalıdır.
- Üst hissəsi tam hamar olmamalıdır.
- Qalınlığı 1-2 sm ola bilər.
- Aldığınız matın uzunluğu boyunuzdan uzun olsun.Eyni qayda eninə də aiddir. Üzərində ortada uzananda yan tərəflərdə yer qalmalıdır.
- Mat sıx materialdan olmalıdır. Yəni süngər kimi ovulan materialdan yox.

Düzgün yoqa matı adi idman matından bir qədər fərqlənir. Yoqa matının altı sürüşkən olmamalıdır. Üstü hamar və yapışqan hissi verməlidir. Qalınlığı maksimum 6 mm olsa yaxşıdır. Adətən idman matından daha uzun və enli olur. Diqqət edin, boyunuzdan uzun olsun, həm də eni geniş olsun.
Sonda qeyd edək ki, matın uzunömürlü olmağı üçün hər istifadədən sonra nəm əski ilə silin. Hər gün işlədirsinizsə, həftədə bir dəfə zəif sabunlu su ilə yuyun.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla