AZ

Hayların “əkdiyi” minaların ölümsaçan fəsadları -ŞƏRH

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə  Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, həmçinin keçmiş  köçkünlərin yurd-yuvaların geri qayıtmalarına maneələr törətməkdədir. Yəni, həmin minalar bu gün də can almaqda davam edir. Bir sözlə, hazırda hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayırıq. Yeri gəlmişkən,  aprelin 27-də işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyderlə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank, Şuşa rayonunun Qaybalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu  xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb. Bəli, Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Qeydə alınan faciəvi faktlar düşmənin cinayətkar mahiyyətini bir daha ortaya qoyur. 


Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək 360 nəfərə yaxın Azərbaycan vətəndaşı minadan zərər¬çəkən kimi qeydə alınıb. 1991-ci ildən bu günə kimi 3 min 435 nəfər mina¬dan zərər çəkib. Onlar¬dan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır. Yeri gəlmişkən qeyd edək ki, indiyədək əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Şübhəsiz, ölkəmizin üzləşdiyi bu mina təhlükəsi yalnız kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Bu, bəşəri cinayətdir. Təəssüf ki, bu bəşəri cinayət hələ də “insan hüquqları”ndan dəm vuran beynəlxalq qurumlar tərəfindən dünyəvi müstəvidə müzakirə olunmur. Üstəlik, hayların mina təhdidinin qınanılması, bu ölkə tərəfindən dəqiq mina xəritələrinin Azərbaycana təqdim olunmamasından danışılmır. Halbuki, ermənilərin işğal etdikləri ərazilərimizdə reallıqda 1,5 milyondan artıq mina basdırmaları faktı mövcuddur. Elə bu səbəbdən hazırda ölkəmiz mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasındadır. 
Bu mənada demək olar ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda  keçirilmiş beynəlxalq forumda Böyük Britaniya Müqəddəs Andrews Universitetinin professoru Rik Faunun sualını cavablandıran Prezident İlham Əliyev bildirmişdir ki, Müdafiə Nazirliyimizdə minatəmizləyənlərdən ibarət bir neçə hərbi hissə yaratmışıq, amma yenə də bu, kifayət deyil:  “Bu, Avropa İttifaqının bizə kömək edə biləcəyi məsələlərdən biri ola bilər və biz bu məsələni qaldırmışıq. Hətta dedik ki, pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa. Əslində, bu, ədalətli ola bilər, çünki onlar artıq Ermənistan üçün böyük dəstək paketinin olduğunu bəyan ediblər. Erməni ərazisi işğal və viranə obyekti olmasa da, 2,6 milyard ABŞ dolları ayırmaq istəyirlər. Amma Azərbaycana gəldikdə, təəssüf ki, fərqli yanaşmanın şahidi oluruq.  İstənilən ölkə və ya şirkət, həmçinin QHT-lər, bəzi donor təşkilatlar bizə kömək etsəydilər minnətdar olardıq. Bizə daha çox təlim keçmiş kadr lazımdır. Bizə daha çox insan lazımdır və təbii ki, maddi dəstək verilsə, çox minnətdar olacağıq. Olmasa, işləri yenə də olduğu kimi davam edəcəyik. Hər il biz minatəmizləmə agentliyinə büdcəmizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq. Yetərli deyil, lakin artırmırıq. Səbəbi maddi imkanımızın olmaması deyil, əslində, təlimləndirilmiş heyətin çatışmazlığıdır, çünki küçədən adam göndərə bilmirsən. Bu, təhlükəli işdir. Yaxşı hazırlıq keçməlidirlər”.

Hazırda görünən budur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16106
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15807
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15450
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13379
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11978
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9539
"Zaur, yenə çaşdın..." - VİDEO
7877
Minimum əmək haqqı nə qədər arta bilər?
6014
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5934
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5119
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5014
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4425
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4226
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4097
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3242
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3238
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3013
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3005
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2958