AZ

Ən çox istehlak krediti ayıran - BANKLAR MƏLUM OLDU

Cari ilin ilk rübündə Azərbaycanda ən çox istehlak kreditləri portfelinə malik olan bankların adları məlum olub.

Azərbaycanda istehlak kreditlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının istehlak kreditlərinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkənin bank sektorunda istehlak kreditlərinin təmərküzləşməsi müşahidə olunur – 23 bankdan cəmi 4-də istehlak kreditlərinin həcmi yarım milyard manatdan artıq və ya bu məbləğə yaxındır.

2024-cü ilin 1-ci rübünün sonuna ölkədə istehlak kreditlərinin ümumi məbləği 7 milyard 142 milyon manat təşkil edib ki, bunun da 70%-i 4 bankın payına düşür.

İstehlak kreditləri üzrə ən yüksək göstərici “Kapital Bank”a məxsusdur – 2 milyard 421,5 milyon manat. Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı-ABB tərəfindən isə müştərilərə 1 milyard 489,9 milyon manat istehlak krediti verilib.

«Unibank»ın istehlak kreditləri portfeli 607,8 milyon manat göstərici ilə üçüncü, «Bank of Baku» 487,6 milyon manat göstərici ilə dördüncü pillədə qərarlaşıb. Hesabat dövründə «Xalq Bank» 259 milyon manat istehlak krediti portfelinə malik olub.

Ən aşağı istehlak krediti portfelinə malik olan bank – «Naxçıvanbank»dır. «Naxçıvanbank»ın müştərilərinə ayırdığı bu növ kreditlərin həcmi cəmi 789 min manat təşkil edib. Ölkədə fəaliyyət göstərən İran bankı – Bank Melli İranın istehlak krediti portfeli «Naxçıvanbank»dan 6 dəfə artıqdır – 5 milyon manat.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla