- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Fransa çempionu PSJ mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə müqaviləsinin müddətini uzatmağa qərar verib.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər uzadılıb. Uorrenin Paris klubu ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
PSJ-nin akademiyasının yetirməsi olan futbolçu 2022-ci ilin yayından bu klubun əsas komandasında oynayır. Cari mövsümdə gənc yarımmüdafiəçi parislilərin heyətində 38 oyuna 3 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
Zair-Emerinin Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 70 oyun, 5 qol, 7 məhsuldar ötürmə. Uorren PSJ ilə Liqa 1-in 2022/2023 və 2023/2024 mövsümlərinin qalibi olub, həmçinin bu mövsüm Fransa Super Kubokunu qazanıb.
Uorren Zair-Emeri artıq Fransa yığmasının da heyətində debüt edib. O, əsas millidə keçirdiyi 2 oyunda 1 qol vurub. Uorren Fransanın U-17 yığması ilə 2022-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı Uorren Zair-Emerini 60 milyon avro məbləğində qiymətləndirir.