AZ

Premyer Liqamızda tur başa çatır

Azərbaycan Premyer Liqasında XXXII tur bu gün başa çatacaq.

Msport.az xəbər verir ki, son oyunda “Zirə” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Matç saat 19:00-da start götürəcək. Paytaxt klubu 49 xalla dördüncü, Naxçıvan təmsilçisi 32 xalla doqquzuncudur.

Qeyd edək ki, XXXII turda “Neftçi” “Turan Tovuz”u (3:0), “Sabah” “Səbail”i (2:0), “Kəpəz” “Qəbələ”ni (1:0), “Sumqayıt” “Qarabağ”ı (1:0) məğlub edib.

Seçilən
71
5
Mənbələr
Şərh ()
Bağla