AZ

“Kadırovun ölümündən sonra Putin çətin dilemma ilə üzləşə bilər...”- “The Sunday Times”

"Ramzan Kadırovun ölümcül xəstəliyi ilə bağlı məlumat doğrudursa, Putin üçün Çeçenistanın sabitliyi ciddi təhlükə altında ola bilər..."
 
Kadırovun vəziyyəti Putinin siyasi sistemi ilə bağlı daha geniş problemləri və 2000-ci illərdə qəbul etdiyi qərarların nəticələrini ortaya qoyur.
 
Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, “The Sunday Times” qəzetində dərc olunan məqalədə belə deyilir. 
 
Belə ki, Çeçenistan uzun müddətdir yalnız sərt repressiyalar və yeni çeçen elitasının rüşvətxorluğu ilə kifayətlənən Moskva üçün problemə çevrilib.
 
Kadırov hakimiyyət sülaləsi qurmağa ümid etsə də, onun böyük oğlu Axmatın cəmi 18 yaşı var və o, Çeçenistanı idarə edə bilməz. Ehtimal olunur ki, indi onun yerinə əsas namizəd Ukraynaya qarşı vuruşan çeçen muzdlu “Axmat” dəstələrinin komandiri general-mayor Aptı Alaudinovdur.
 
“Moskva ona biznes qurula biləcək şəxs kimi baxır, lakin Kadırova yaxın adamlar da var ki, onların bu vəzifəyə böyük iddiaları var. Məsələn, Kadırovun əmisi oğlu Adam Delimxanov 2007-ci ildən bəri Dumada Çeçenistanın nümayəndəsidir  və öz silahlı qüvvələri var”, - məqalədə izah edilir.
 
Müharibədən sonra Çeçenistanda sabitliyi təkcə böyük federal subsidiyalar deyil, həm də Kadırova sədaqət andı içən, lakin bir-birinə etimad göstərməyən rəqib silahlı düşərgələr arasında terror balansı qoruyub saxlayıb. Əgər yeni lider təyin etmək cəhdləri elitada parçalanmaya səbəb olarsa, bu, silahlı qarşıdurmaya çevrilə bilər. Bu da Putin üçün dəhşətli dilemma yaradacaq, çünki o, regionda Rusiya ordusu qüvvələrini yerləşdirməli olacaq. Əgər Rusiya Qvardiyasının qüvvələri kifayət etməyəcəksə, diktator eyni dərəcədə çətin iki variantdan birini seçməlidir: ordunu Çeçenistana yönləndirmək və Ukraynada hücum dinamikasını itirmək, ya da Çeçenistanı itirmək və Şimali Qafqazda sabitliyi pozmaq riski ilə həmin qoşunları Ukraynada saxlamaq.
 
Putin nə qədər şəxsiyyətə pərəstiş yaratmağa çalışsa da, onun sistemi elitalara korrupsiya və mənimsəmə yolu ilə varlanmaq imkanı verməklə onların loyallığını "icarəyə götürməy"ə əsaslanır. 
 
"Lakin indi çətin dövrlər başlayıb və ağır qərarlar qəbul edilməlidir ona görə ki bəzi liderlər və bölgələr hələ də yaxşı yemlənir, digərləri isə effektiv şəkildə cüzi "yem"lə kifayətləməli olurlar”, - Britaniya nəşri vurğulayır.
 
S.Laçın
 
Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq