AZ

"Simurq"un keçmiş baş məşqçisi işsiz qaldı

Rusiyanın "Pari NN" klubunda baş məşqçi Sergey Yuranla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssis 2023-cü ilin aprelindən komandaya rəhbərlik edirdi. "Pari NN" onun dövründə 43 oyunda 13 qələbə qazanıb, 24 dəfə uduzub.

Sergey Yuran 2011/2012 mövsümündə Azərbaycanda "Simurq" klubuna başçılıq edib.
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla