AZ

Çində Rusiya və Qazaxıstan sərhədi yaxınlığında zəlzələ qeydə alınıb

Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Altay rayonunun Kaba şəhərindən 35 kilometr şimal-şərqdə 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birgə Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb. Ekspertlərin fikrincə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 04.06-da baş verib. Bildirilib ki, zəlzələnin episentri Qazaxıstan sərhədindən təxminən 26 kilometr, Rusiya sərhədindən isə 100 kilometr aralıda olub. Buradakı təkanların şiddəti MSK-64 şkalası üzrə 4,3 bal olub.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla