AZ

Polis iki gündə 6,7 kiloqrama yaxın narkotik vasitə aşkar edib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 27-də və 28-də ümumi çəkisi 6,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
   
Avtosfer.az DİN-ə istinadla xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,2 kiloqrama yaxın tiryək, 2,3 kiloqramdan çox marixuana, qalanı heroin və metamfetamin, həmçinin 405 ədəd metadon və preqabalin həbləri olub.
    
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla