AZ

Nazir İslam İnkişaf Bankının yaradılmasının 50 illiyi ilə bağlı paylaşım edib - FOTO

“İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksəksəviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşıb.

O bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərini çatdırıb.

“Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk”, - deyə nazir qeyd edib.

Seçilən
68
8
Mənbələr
Şərh ()
Bağla