Məşhur aktyor Taleh Yüzbəyov həyat yoldaşının alnını siqarətlə yandırıb. Bu barədə onun xanımı, bloqer Xatirə Yüzbəyova məlumat verib.
O, “Instagram” hesabında paylaşdığı video ilə alnındakı yanıq ləkəsini izləyicilərinə göstərib: “Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı”. Xatirə Yüzbəyova hadisə ilə bağlı ətraflı məlumat verməyib. Qeyd edək ki, Taleh və Xatirə Yüzbəyovların iki övladı var.