AZ

“Şimal” futbol klubu Region Liqasının yarımfinalında “Göyəzən”lə qarşılaşacaq

“Şimal”

Xaçmaz, 29 aprel, Elxan Yusifli, AZƏRTAC

Xaçmazı təmsil edən “Şimal” futbol klubu həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Region Liqasının Şimal və Paytaxt zonasında mübarizə aparan Xaçmaz təmsilçisi 1/8 finalda “Neftçala” komandasını mübarizədən kənarlaşdırıb.

1\4 finalda isə “Şimal” klubu Lənkəranı təmsil edən eyniadlı komanda ilə qarşılaşıb. İki oyunun nəticəsinə görə rəqibini üstələyən xaçmazlı futbolçular Region Liqasının yarımfinalında oynamaq hüququ qazanıblar.

Bu mərhələdə “Şimal” Qazaxın “Göyəzən” komandası ilə üz-üzə gələcək. Bir oyundan ibarət yarımfinal qarşılaşmasının qalibi mayın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək final matçında çempionluq üçün mübarizə aparacaq.

Yarımfinal oyununun digər cütlüyündə isə Saatlının “Ümid” və paytaxtı təmsil edən “Hypers” klubları qarşılaşacaq.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla