AZ

Azərbaycanda investisiya şirkətinin vəzifəli şəxsi cərimələnib

Mərkəzi Bank tərəfindən aparılmış yoxlamalar nəticəsində “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimə edilib.

"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq “ABB-İnvest İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 min manat məbləğində cərimə edilib.

Seçilən
29
8
Mənbələr
Şərh ()
Bağla