AZ

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib".

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

"Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırkı dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazanıb. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq”.

 

Deputat qeyd edib ki, tədbir iki həftə ərzində davam edəcək.

 

“Bu müddət ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür. Qonaqların buradan xoş təəssüratla yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir. Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxundu və ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, o cümlədən Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən danışdı. COP29-un beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi olduğunu xüsusi vurğulayıb. Cənab Prezidentin də söylədiyi kimi, COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycanın məqsədi ev sahibi kimi körpülər yaratmaqdır. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindədir”.

 

Ülkər Abdurahmanlı

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla