AZ

TRASECA proqramı çərçivəsində aviasiya təhlükəsizliyi məsələləri müzakirə edilir

TRASECA

Bakı, 29 aprel, AZƏRTAC

Bakıda Avropa Mülkü Aviasiya Konfransı və TRASECA proqramının Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin təşkilatçılığı ilə “Aviasiyanın təhlükəsizliyi və risklərin qiymətləndirilməsi” mövzusunda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Rumıniya, İran, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyənin mülkü aviasiya mütəxəssisləri iştirak edirlər.

Seminardan hava limanlarının və təyyarələrin kiber-hücumlardan müdafiə olunması, yeni texnologiyaların tətbiqi və digər məsələlər barəsində müzakirə və fikir mübadiləsi aparırlar. Həmçinin uçuş zamanı sərnişin və yük təyyarələrinin qorunması məsələsi də müzakirə edilir.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla