AZ

"Azərbaycan beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanınır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son 30 il ərzində Azərbaycanın xarici siyasətinin praqmatikliyi beynəlxalq münasibətlər sistemindən də təsirsiz ötüşməyib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının tədqiqatçısı Arif Rəhimli deyib.

O bildirib ki, dayanıqlı və balanslaşdırılmış mexanizmə malik xarici siyasət sistemi Azərbaycanın digər ölkələrlə münasibətlərinin düzgün şəkildə qurulması və inkişafının təkanverici qüvvəsi halına gəlib: "Azərbaycanın beynəlxalq tədbirlərin ev sahibinə çevrilməsi təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb etməyi bacarıb. İndiyədək həyata keçirilən beynəlxalq konfranslar, idman yarışları və müsabiqələri Azərbaycanı beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanıtdırıb.

44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı möhtəşəm qələbə ilə beynəlxalq müstəvidə qalib və müstəqil siyasət yürüdən dövlət kimi böyük imic qazandı. Bu həm də, ölkəmizi təkcə lokal deyil, həm də regionun lider dövləti kimi, qlobal siyasətdə böyük pay sahibinə çevirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, neokolonializmin bütün təzahürlərinə qarşı mübarizə, türk dövlətləri və qonşu dövlətlər ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması həyata keçirilən məqsədyönlü siyasətin təsahürüdür.

Azərbaycan çoxsaylı qlobal çağırışların müəllifi və dəstəkçisi, eləcə də beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə də öz töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi ətraf mühit ekosistemin inkişafı istiqamətində olduqca böyük tədbirlərdəndir".

"Sözsüz ki, Azərbaycanın bu səyləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi ilə nəticələndi. Bu, həm də ölkəmizin beynəlxalq arenada nüfuzunun bariz göstəricisidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsini də elə bu qlobal çağırışa milli həmrəyliyin göstərilməsi məqsədilə atılmış addım hesab etmək olar.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC İli” olaraq elan olunub. Qəbul edilmiş Tədbirlər Planında 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihənin reallaşdırılması planlaşdırılır. İnanırıq ki, noyabr ayında keçiriləcək COP29 konfransı iqlim dəyişikliyi böhranının səbəbləri və qarşısının alınması yollarının öyrənilməsi, eləcə də, ölkəmizdə “Yaşıl iqtisadiyyata” keçidin təmini baxımından olduqca böyük nəticələr verəcək. Gənc tədqiqatçılar olaraq bizlər də bu sahədə öz töhfələrimizi verməyə hər bir zaman hazırıq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3434
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3376
Bu yol qovşağında təmir işləri aparılacaq
2847
Bakıda hoteldə yanğın başlayıb
2467
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1474
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1465
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1465
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1316
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1123
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1118
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1008
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
962
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
914
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
835
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
804
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
803
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
789
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
781
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
751
Sabah 5 kəndin qazı kəsiləcək
731