AZ

Yenilənmiş “Chery” Bakı Mərkəzinin açılış mərasimi baş tutub - FOTO

16 aprel tarixində “Chery” Azərbaycanın, satış və servis mərkəzinin böyük açılış gecəsi və tam elektrikli yeni “Chery EQ7” modelinin təqdimatı baş tutub.

Tədbiri giriş sözü ilə açan “Efendiler Group” icraçı direktoru Amal Əlili və “Chery International” regional direktoru Zhi Wang qırmızı lenti kəsərək rəsmi açılış ediblər.

Bütün standartlara cavab verən, müştərilərin rahatlığı və ətraflı məlumatlanması üçün nəzərdə tutulan yeni satış və servis mərkəzi böyük diqqətə səbəb olub.

Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri müştərilərə avtomobillərə dair tam məlumat verməyə, “test-drive” təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazır olduqlarını bildiriblər. Həmçinin ziyarətçilər üçün rahat istirahət zonası da təşkil olunub.

Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin orijinal ehtiyat hissələri üçün geniş anbar da mövcuddur.

Tədbirin ən maraqlı məqamlarından biri də elə məhz yeni tam elektrikli “EQ7” modelinin təqdimatı olub. 66 kWh batareya həcminə sahib olan bu model, tam şarjla 512 km-dək məsafə qət etmə imkanına malikdir. Cəlbedici dizayn, rahat interyer və innovativ funksiyaları ilə diqqətləri özündə toplayan bu model, böyük açılış ilə əlaqədar 30 Aprel tarixinədək -5% ENDİRİM ilə sadəcə 51 200 AZN təqdim olunub.

Yeni “EQ7” və ya digər “Chery” brendinə məxsus model sıralaması ilə yaxından tanış olmaq üçün Babək prospekti, 37 ünvanında yerləşən yeni “Chery” Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla