AZ

Şəhidlərimizin xatirəsinə növbəti quran ziyafəti təşkil olunub - FOTOLAR

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib.

O öz çıxışında Quran ziyafətinin şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Tükiyədən gələn qonaqları, şəhid və qazi ailələrini salamlayıb. Ay ərzində 425 xətim oxunduğunu bildirib və xətm duası oxunacağını qeyd edib. Quranı oxumaq sünnət, dinləmək fərzdir. Biz unutsaq bizi də unudarlar. Biz xatırlasaq bizi də xatırlayarlar. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidləri rəhmətlə anıb. Hər ayın sonu ənənəvi olaraq Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. Şəhid və qazi ailələrinə səbir arzulayıb. Türkiyədən gələn qonağı salamlayıb. O öz çıxışında şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək hər birimizin borcudur deyib.

Tədbirdə çıxış edən Diyanət İşləri Başqanlığı, Başqanlıq müşaviri, Türkiyə Diyanət Vəqfinin Mütəvəlli Heyət üzvü dosent Fatih Kurt proqram iştirakçılarını salamlayıb, birlik və bərabərliyimiz üçün həmd-sənalar edib. Natiq öz çıxışında şəhidlik zirvəsinin aliliyindən danışıb. Qurani-Kərimdə və Peyğəmbərimizin hədislərində şəhidlik zirvəsindən bəhs edən ayə və hədisləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəhidlər Xiyabanını ziyarət edərkən Çanaqqala ruhunun burada da yaşandığını gördüyünü qeyd edib. Tarix boyu qardaşlığımız var olub və hər zaman əl-ələ verib bir-birimizin imdadına çatmışıq. Lazım gəldiyi zaman atalarımız-babalarımız qardaşları üçün canlarından belə keçməyi gözə alıblar. Birliyimiz, bərabərliyimiz, qardaşlığımız daim olsun deyib. Türkiyə Dəyanət İşləri Başqanının salamlarını tədbir iştirakçılarına çatdırıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə bölgə qazısı, Əjdərbəy məscidinin imamı Azər Nafiyev, Heydər məscidinin imamı Rza Rzayev, Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayev və Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub. Diyanət İşləri Başqanlığı, Başqanlıq müşaviri Türkiyə Diyanət Vəqfinin Mütəvəlli Heyət üzvü dosent Fatih Kurt tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

Daha sonra tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.

Seçilən
62
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3008
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2541
Bakıda hoteldə yanğın başlayıb
2094
Bu yol qovşağında təmir işləri aparılacaq
2062
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1152
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1105
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
922
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
876
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
853
Çingiz Mustafayevin toyudur - FOTOLAR
820
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
773
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
714
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
623
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
612
Sabah 5 kəndin qazı kəsiləcək
609
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
605
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
564
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
486
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
485