AZ

“Ovçu Pirim” kövrəldi: “Babamın məzarı oradadır, köçkün düşəndə xalam uşaqlarını yolda öldürdülər”

“Belə bir mahnı var: “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Ötən günlər gedir, amma qayıtmır. İnsan hərdən yaşa dolanda fikirləşir ki, bir də qayıdardım o illərə. Bir də balaca olaydım. Bir də mənim nazımı çəkərdilər. Əlbəttə ki, uşaqlıq illərinə qayıtmaq mümkün deyil, amma Qərbi Azərbaycana mütləq ki, qayıdacağıq. Buna inanıram və artıq o günlər yaxındadır. Mən 1958-ci il avqust ayının 20-də Qərbi Azərbaycanın Cəlaloğlu şəhərində dünyaya göz açmışam. Ermənilər indi həmin şəhərin adını dəyişib Stepenavan qoyublar. Amma adından da bilinir ki, oralar əsl türk torpaqlarıdır”
 
Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Allahverdi Yolçuyev deyib. O daha sonra əlavə edib.
“Mən açığını deyim ki, bizim Cəlaloğluda şəhərin bir tərəfi tam müsəlman məhəlləsi idi. Ermənilər də bu məhəlləyə deyirdilər ki, “türkü tağı”, yəni türkün məhəlləsi. Onlar məktəbə yaxın ərazidə kompakt yaşayırdılar. Bizdə 8 illik məktəb var idi. Mənə birinci sinifdə atam dərs deyib. Bəzən sinif yoldaşlarımdan bəzilərini görürəm, bəziləri isə dünyalarını dəyişiblər. O dövr çox çətin zaman idi. Bilirsiniz ki, ermənilər aprelin 24-nü qondarma soyqrım günü kimi qeyd edirlər. Həmin gün bizə xəbərdarlıq edirdilər ki, çölə çıxmayaq. Qonşular pis üzlərini 1-ci Qarabağ müharibəsində göstərdilər. Bizim də çoxsaylı qohumlarımız ordan köçəndə dünyalarını dəyişdilər. Xalam uşaqlarını yolda vurdular. Mən inanıram ki, o yerlərə bir də gedəcəm. Mənim hər ağac, hər küçə, hər bina xatirəmdədir. Evimizi gözəl xatırlayıram, kiçik dəmirdən darvaza idi. Onu açırdın, sağda güllər əkilmişdi. Bizim evimiz iki otaqdan ibarət idi. Həyətimizdə alma ağacı var idi, ağ böyük almalar yetişirdi. 1969-cu ildən, Bakıya köçəndən sonra hər dəfə nənəmgilə, babamgilə istirahətə gedirdik. İnsan istəyir qocalsın, istəyir 100 yaşasın, onsuz da arzularının hamısı çin olmur. Mən istəyərdim ki, arzularım çin olsun. Doğulduğum, yaşadığım Cəlaloğluya getmək istəyirəm. Həyətimiz, rayonumuz yuxuma girir. Xəyallara dalıram ki, getmişəm ora, heç kim məni tanımasın deyə eynək taxmışam. Ən böyük arzum ora getmək, oranı yenidən görməkdir. Babamın, bibim oğlunun, əmimin məzarını orada ziyarət etmək istərdim” deyə aktyor bildirib.
 
Aktyor bu günki fəaliyyətindən də danışıb.
“Bilirsiniz ki, uzun müddət dublyajla məşğul olmuşam. Bəzən avtobusla, yolla piyada gedəndə üzümü görməsələr də, səsimdən məni tanıyırlar. İndi artıq əvvəlki kimi dublyajdan dəvət gəlmir. Film təklifləri də elə çox deyil. Hazırda Azərbaycan İncəsənət Məktəbində uşaqlara dərs deyirəm. Onlara bu sənətin ağırlığından, çətinliyindən, tarixi köklərindən danışıram ki, anlayışları olsun, yaxşı fərd kimi yetişsinlər” deyə sənətkar bildirib.
Seçilən
13
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15870
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15500
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13443
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12110
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9584
"Zaur, yenə çaşdın..." - VİDEO
7892
Minimum əmək haqqı nə qədər arta bilər?
6038
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6006
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5161
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5066
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4454
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4239
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4110
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3889
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3250
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3249
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3012
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2968