AZ

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus "Kaspi Yıldız" şirkətinin aylardır dövlətə ödəmədiyi milyonlarla borc hələ də qalmaqdadır. 

2023-cü ilin sonunda dərc etdiyimiz yazıda deputata məxsus olan lakin sənədlərdə deputatın qardaşı Fərman Məmmədovun oğlu Ramiz Məmmədovun adına olan şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 392 min 859 manat 77 qəpik vergi borcu var idi. 

Valyuta.az-ın apardığı son araşdırmadan sonra məlum olub ki, şirkətin hazırki borcu 9 milyon 393 min 343 manat təşkil edir. 

Həmçinin deputata məxsus olan "Relax" istirahət mərkəzində də bir neçə il öncə vergi yoxlamalarına görə qalmaqal yaşanmış və 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Qeyd edək ki, 59 yaşlı İqbal Məmmədov 14 ildir millət vəkilidir.

Rəhim

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla