AZ

Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi - Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır

Bakı. Trend:

Mövcud geosiyasi vəziyyətdə dünyanın aparıcı dövlətləri, xüsusiilə Avropa İttifaqı və ABŞ kritik xammala (nadir metallara) nailolmaq üçün ciddi mübarizə aparırlar. Bu istiqamətdə artıq Avropaİttifaqı regionun bir sıra dövlətləri ilə əməkdaşlığıdərinləşdirməyə başlayıb. Bunlardan biri də ilk növbədəÖzbəkistandır.

Trend xəbər verir ki, cari ilin 5aprel 2024-cü il tarixində Özbəkistan və Avropa İttifaqı arasındakritik xammal sahəsində dayanıqlı dəyər zəncirlərinin inkişafı üçünqarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu müqavilə, Özbəkistanınmədən sənayesinin inkişaf etməsinə təsir göstərəcək, həmçininAvropa İttifaqının mis və molibden kimi mineralları əldə etməyənail olacağı gözlənilir. Növbəti mərhələdə tərəflər operativ yolxəritəsinin yaradılması üzrə birgə fəaliyyət göstərəcəklər.

Şəkil 1. Özbəkistanın investisiya, sənaye və ticarətnaziri Laziz Kudratov və Avropa Komissiyasının icraçıvitse-prezidenti Valdis Dombrovskis.

Son illərdə Avropa dövlətlərinin nümayəndələri, xüsusi iləFransa və Almaniya rəsmilərinin Özbəkistan başda olmaqla MərkəziAsiyaya səfərləri intensivləşməyə başlayıb. Məsələn, 2 noyabr2023-cü il tarixində Fransa prezidenti Emmanuel MakronunÖzbəkistana səfəri strateji məsələləri əhatə edirdi. Almaniyanınisə iqtisadi maraqları Özbəkistanda fəaliyyət göstərən böyükşirkətlərin sayını artırmaq və yeni investisiya layihələrinigenişləndirməkdir. Olaf Şolts və Şövkət Mirziyoyevin son görüşünəticəsində 9 milyard dollarlıq ticarət, investisiya və texnologiyasazişi imzalanıb. Tarixi “Böyük Oyun”-un bu dəfəmüstəqil şəkildə iştirakçısına çevrilən Mərkəzi Asiya ölkələri üçünhazırda geniş fürsətlər var. Lakin regionda böyük güclərin fərqlimaraqları olduğu üçün bu, müstəqil dövlətlər üçün əlavə risklər dətəşkil edir. Burada geosiyasi balansa təsir göstərən faktorlardanbiri- nadir metal ehtiyatlarının olmasıdır. Çünki kritik xammaluğrunda böyük qüvvələr arasında ciddi qarşıdurma izlənilir və buvəziyyətin gələcəkdə də davam etməsi proqnozlaşdırılır. Avropanınqarşıdurma vəziyyətində olduğu Rusiyadan kritik xammalməhsullarından asılılığını azaltma cəhdləri və Çinin bu sahədəqlobal istehlakçılardan biri olması rəsmi Brüssel üçünçağırışdır.

Kritik xammal və ya nadir metallara sahib olanÖzbəkistan niyə Aİ-nın strateji tərəfdaşına çevrilir?

Kritik xammal (Critical row materials)və ya nadir metallar bir çox strateji və kritik əhəmiyyət kəsb edənaviasiya komponentləri, civə buxar lampaları, lazerlər,mikrodalğalı filtirlər, akkumulyator elektrodları, nüvəbatareyaları və s. sahələrdə, həmçinin, bərpa olunan enerjiavadanlıqlarının istehsalında (günəş panelləri, külək turbinləri,elektromobillər) da istifadə olunur. Avropa üçün yeni yataqlarınkəşfi ilə məşğul olmaqdansa, artıq sovet dövründə tədqiq edilmiş vətəsdiqlənən yataqlardan istifadə etmək daha əlverişlidir.

Qərbin Özbəkistana olan yüksək diqqətinin səbəblərindən biri dəölkənin zəngin mis yataqlarıdır. Avropa üçün bu resurslarıniqtisadi əhəmiyyəti yüksəkdir. Eyni zamanda, Aİ-nın iqlimhədəflərinə nail olmaq səyləri təhlükə altında olduğu üçün rəsmiBrüssel alternativ çıxış yolları tapmağa cəhd edir.

Açıq mənbələrdə təsdiq olunan qlobal çapda nadir metal yataqlarıÇin, Hindistan, Rusiya və Braziliya ərazilərində yerləşir. Qərbmətbuatının yaydığı məlumatlara görə, Çin nadir metal istehsalısahəsində dominantlığını qoruyur və rəqabət yaradır. Bunu təhlükəkimi qiymətləndirən Avropa İttifaqı bu baxımdan Mərkəzi Asiyaregionunda yerləşən dövlətlər ilə yeni sövdələşmələrə və layihələrəxüsusi diqqət göstərir.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenparlamentdə çıxışı zamanı “Tezliklə litium və nadir metallar neftvə qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir metallaratələbat 5 dəfə artacaq...". Neft və qazda olduğu kimi yeni asıllığadüşməməliyik deyə bildirməsi təsadüfi xarakter daşımır. Beləliklə,Avropanın yeni və etibarlı təchizatçı axtarışında olduğuşübhəsizdir. Bütün bunlar nəzərə alındıqda Mərkəzi Asiya yeniqlobal oyunçu olaraq diqqəti cəlb edir və Özbəkistan, həmçininQazaxıstan xarici investorların ölkəyə daxil olmasını müsbətqarşılayır.

Nəqliyyat-logistika strateji əhəmiyyətdaşıyır

Qərb dünyası üçün həyati əhəmiyyət kəsb edən xammalındaşınmasında, təbii olaraq, sabit, adekvat daşınma istiqamətlərimövzusu da xüsusi ilə aktuallaşır. Bu baxımdan Mərkəzi AsiyanınAvropa ilə kritik xammal təchizatını Azərbaycan üzərindənreallaşdırması ən uyğun və təhlükəsiz seçim sayıla bilər. Hələkitərəflər bu məsələ ilə bağlı mətbuata rəsmi çıxışlar etməyiblər.Avrasiyada davam edən qlobal dəyişikliklər və mübarizə diqqətəalındıqda Rusiya Federasiyası üzərindən keçən ənənəvi xəttinUkraynada davam edən müharibə səbəbindən artıq aktuallığınıitirdiyini görmək mümkündür. Digər tərəfdən İran İslam Respublikasıüzərindən keçə biləcək nəqliyyat dəhlizinin isə rəsmi Tehranla Qərbarasında münasibətlərin tarixi və proqnozlaşdırıla bilməyənxarakteri nəzərə alındıqda dayanıqlı olmayacağı aydındır. Eləfikrin davamı kimi, nadir metalların Qərb istiqamətində ixracatı,çox güman ki, Orta Dəhliz və ya digər adla Trans-XəzərNəqliyyat Dəhlizi layihəsi çərçivəsində reallaşabilər. Nəhayət, belə olduqda, sabit, güvənilir və gərəkliinfrastruktur imkanlarına malik olan Azərbaycanın tranzit ölkə kimirolu və əhəmiyyəti artır və rəsmi Bakı bu strateji layihənidəstəkləyir.

Beləliklə, Avropa üçün həyati əhəmiyyət kəsb edən kritik xammalresurslarının Mərkəzi Asiya ölkələrindən qərb istiqamətindədayanıqlı ixracının məhz Azərbaycan üzərindən reallaşmasımümkündür.

Seçilən
6
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18756
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18110
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17931
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17208
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15695
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14906
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14832
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14619
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11342
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11035
"Zaur, yenə çaşdın..." - VİDEO
8668
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7722
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7033
Minimum əmək haqqı nə qədər arta bilər?
6890
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6588
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6568
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5718
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5530
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5116