AZ

Levandovski "Real"ın futbolçusunu fərqləndirdi

"Barselona"nın futbolçusu Robert Levandovski açıqlama verib.

Futbolpress.az xəbər verir ki, "Marca"ya danışan hücumçu hazırda dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb:

"Bunu demək çətindir. Çünki qarşıda Avropa çempionatı və Çempionlar Liqasında həlledici oyunlar var. Hazırda Kilian Mbappe (PSJ) və Cud Bellingem ("Real") mənim üçün ən yaxşı oyunçulardır".

Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir. Levandovski bu mövsüm 43 oyunda 20 qol vurub.
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla