AZ

Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu - ARENA.AZ

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamızın lideri çıxış etdiyi “Firnhaym” klubunun heyətində bu uğura imza atıb.

“Firnhaym” 16 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 15 oyunun hamısında rəqiblərini məğlub edib. Komandasının bu uğurunda Şəhriyar Məmmədyarov da pay sahiblərindən biri olub.

Millimizin digər üzvü Nicat Abasov da Almaniya çempionatına qatılıb. Onun şərəfini qoruduğu “Ötighem” kollektivi ilə 6-cı yeri tutub.

Seçilən
242
Mənbələr
Şərh ()
Bağla