AZ

“Ferrari” adını dəyişdi, Hülkenberq “Audi” ilə anlaşdı

“Formula-1” dünyası ilə bağlı bəzi maraqlı xəbərlər var. İtaliya komandası “Ferrari” adını dəyişib.

Skuderiya yeni titul sponsoruna qovuşduğunu elan edib. Komanda Amerikanın “Hewlett Packard” şirkəti ilə uzunmüddətli müqavilə bağladığına görə adı belə olub: “Scuderia Ferrari HP”. HP loqotipi Mayami mərhələsindən etibarən həm bolidlərin, həm də pilotların və “Ferrari” əməkdaşlarının kombinezonunun üzərində olacaq.
O da qeyd olunur ki, Amerika şirkəti ilə əməkdaşlıq “Ferrari”nin 2025 mövsümündə komandaya qoşulacaq Lüis Hemiltonun yüksək maaşını ödəməsi üçün imkan yaradacaq. Hazırda Şarl Leklerle Karlos Saynsın şərəfini qoruduğu komanda 151 xalla Mühəndislər kubokunda 2-ci pillədə qərarlaşıb.
Dördqat dünya çempionu Sebastyan Fettel isə kimi “Formula-1” tarixinin ən yaxşı pilotu sayması haqda danışıb: “Deyərdim ki, ən yaxşılar Mihael Şumaherlə Lüis Hemiltondu. Niyə? Mihael kumirim idi, Lüisin isə statistikası yaxşıdı”.
Fettel trassdakı ən çətin rəqibinin kimliyi haqda suala da cavab verib: “Fernando Alonso. Bütün karyeram boyunca o, həmişə ən yaxınımda olub. Alonso çox rəqabətədavamlıdı. Bəli, düşünürəm ki, o, nə vaxtsa üzləşdiyim rəqiblərdən ən güclüsü idi”.
Xatırladaq ki, Fettel “Formula-1”dəki karyerasını 2022-ci ildə bitirib. 36 yaşlı almaniyalı pilot karyerası boyunca “kral avtoyarışları”nda 53 qələbə qazanıb, BMV, “Toro Rosso”, “Red Bull”, “Ferrari” və “Aston Martin”in şərəfini qoruyub.
Bu arada “Haas” almaq pilot Niko Hülkenbürqin 2024 mövsümünün ardından komandanı tərk edəcəyini açıqlayıb. Komandanın rəhbəri Aayo Komatsu bu haqda belə deyib: “Komandanın işinə verdiyi töhfəyə görə Nikoya təşəkkür etmək istərdim. Bu il bizi irəlidə hələ çoxlu yarış gözləyir, mövsümün qalan hissəsində ona bel bağlayırıq”.
Artıq Hülkenberqin 2026-cı ildən “Formula-1” üzrə dünya çempionatında iştirak edəcək “Audi” ilə uzunmüddətli müqavilə bağladığı da məlumdu.
Hülkenberq 2023-cü ildən bəri “Haas”ın uğurları üçün çalışır. 36 yaşlı pilot cari mövsümdə fərdi hesabda 4 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla