AZ

Endi Ruis Usikin tərəfini tutdu

WBA (Super), IBF, WBO və IBO versiyaları üzrə superağır çəkidə sabiq dünya çempionu Endi Ruis (kiçik) belə hesab edir ki, WBA, IBF və WBO versiyaları üzrə çempion Aleksandr Usik (21-0) WBC versiyası üzrə çempion Tayson Füri (34-0) ilə döyüşdə qalib gəlmək baxımından yaxşı şansa malikdi:
“Usik kombinasiyalar həyata keçirsə, yaxınlaşsa, planına sadiq qalsa, məsafə qorumaqla Taysonun onunla boks oynamasına imkan verməsə, düşünürəm ki, yaxşı nəticələrə nail ola bilər”.
Xatırladaq ki, Füri ilə Usik fevralın 17-də döyüşməliydi, ancaq britaniyalı sınaq döyüşündə qaşını zədələdiyindən mayın 18-də Ər-Riyadda oktaqona çıxacaqlar.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla