AZ

Tarixi uğur, üçüncü “2”, mütləq rekord - TƏHLİL

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışı 2 qızıl və 1 gümüş medalla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.

Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (90 kq) bütün rəqiblərinə qalib gələrək çempionluq sevinci yaşayıblar. Balabəy Ağayev (60 kq) isə yalnız finalda uduzaraq gümüşlə kifayətlənib.

Ardıcıl 2-ci, tarixdə 3-cü

Azərbaycan millisi Avropa çempionatındakı qızıl medal sayında rekordunu təkrarlayıb. Yığmamız bir il əvvəl Monpelyedə (Fransa) də iki çempionluq yaşayıb. Ardıcıl ikinci dəfə qızılları cütləşdirən cüdoçularımız bu rekorda ilk dəfə 7 il öncə imza atıblar. 2017-ci ildə Varşavada (Polşa) da iki çəkidə Azərbaycan himni səsləndirilib. Maraqlıdır ki, yığmamızın iki qızıl mükafat qazandığı bütün çempionatlarda uğurlardan birinin müəllifi Hidayət Heydərov olub.

Avropa tatamisinin ağası

Hidayətdən söz düşmüşkən, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Avropa tatamisinin ağasına çevrilib. Ardıcıl 3 dəfə qitə çempionu olmaq hər idmançıya nəsib olmur. Heydərov hələ 2017-ci ildə də 73 kq çəkinin ən güclüsü olduğunu göstərmişdi. 5 ildən sonra qaytardığı titulu isə ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə qazanan təmsilçimiz özünün şəriki olduğu Azərbaycan rekordunu yeniləyib. Buna qədər Hidayət və Elçin İsmayılov üçqat Avropa çempionu idi. Heydərov artıq bu adın dördqat sahibidir. Həm də İsmayılovun üç uğuru ardıcıl olmadığından ilk dəfə eyni cüdoçumuz ardıcıl zəfərlərə imza atıb.

9-cu çempion

Zaqrebə qədər 8 azərbaycanlı cüdo üzrə Avropa çempionu olmuşdu. İlk uğuruna Xorvatiyada imza atan Elcan “doqquzluğ”u tamamlayıb. Bu çempionlardan Hidayət 4, Elçin 3 uğura sevinibsə, Elnur Məmmədlinin 2, digərlərinin hərəyə 1 qızılı var.

15-ci qızıl

Avropa çempionatlarında 1993-cü ildə müstəqil ölkə kimi debüt edən yığmamız həm də yubiley qızılına sevinib. Zaqrebə qədər 13 çempionluğu olan millimiz Hidayət və Elcanla bu rəqəmi 15-ə çatdırıb. 32 ildə qazanılan bu qızıllara qədər də uğurlar olduğunu qeyd etməliyik. Məsələn, 1993-cü ildə ilk çempionluğu Azərbaycana gətirən Nazim Hüseynov bundan bir il əvvəl MDB yığması ilə eyni uğura sevinib.

Tarixi uğur

Azərbaycan millisi üçüncü dəfə bir çempionatda 2 qızıl medal qazansa da, həm Varşava, həm Monpelyedəki uğurlarını geridə qoyub. Söhbət mükafatların əyarlarına görə sayından gedir. Nə Polşa, nə Fransada çempionlarımızla yanaşı finalda uduzan cüdoçumuz olub. 7 il öndə qazanılan 2 qızılla birgə 3 bürünc əldə edilib. Ötən il isə çempionluqlardan başqa medal qazanılmayıb. Bu dəfə 2 çempionu bir vitse-çempionun da müşayiət etməsi yeni rekorddan, tarixi uğurdan xəbər verir.

Bizim çəki və ilk

Millimiz 73 kq çəkini özəlləşdirib desək, yəqin yanılmarıq. Üç fərqli cüdoçumuz bu çəkidə 6 Avropa qızılı qazanıb. Hidayətin hegemonluğuna qədər Elnur Məmmədli və Rüstəm Orucov da bu kateqoriyada sözünü deyiblər. Elcan isə Azərbaycan cüdosu üçün yeni səhifə açıb. O, yığmamızın 90 kq çəkidə də uğur qazana bildiyini sübut edib. Bunadək millimiz həmin kateqoriyada zəfər çala bilmirdi. Ümumiyyətlə komandamız 6 çəkidə Avropa çempionu olub. Qeyd etdiyimiz 73 kq və 90 kq çəkilərdən başqa, 60 kq-da üç, 66 kq və 100 kq-da iki, 81 kq-da bir uğurumuz olub.

Azərbaycanın cüdo üzrə Avropa çempionları
1993. Nazim Hüseynov (60 kq)
2000. Elçin İsmayılov (60 kq)
2001. Elçin İsmayılov (60 kq)
2005. Elçin İsmayılov (66 kq)
2006. Elnur Məmmədli (73 kq)
2011. Elnur Məmmədli (81 kq)
2016. Rüstəm Orucov (73 kq)
2017. Elxan Məmmədov (100 kq)
2017. Hidayət Heydərov (73 kq)
2020. Orxan Səfərov (66 kq)
2022. Hidayət Heydərov (73 kq)
2023. Hidayət Heydərov (73 kq)
2023. Zelim Kotsoyev (100 kq)
2024. Hidayət Heydərov (73 kq)
2024. Elcan Hacıyev (90 kq)

59 medal

Avropa cüdosu təkcə fərdi qitə çempionatlarından ibarət deyil. 1951-ci ildən indiyədək müxtəlif komanda yarışları və açıq çempionatlar da baş tutub. Ümumi medal sıralamasında ölkəmizin aktivində 59 mükafat var. Yığmamız 17 qızıl, 17 gümüş və 25 bürüncə sahib çıxıb. Digər ölkələr kimi ötən əsrin 50-ci, 60-cı illərindən deyil, 1993-cü ildən qitə futbol ailəsinə qoşulan yığmamız ümumi siyahıda 15-cidir.

Qeyd edək ki, 2025-ci ilin Avropa çempionatı Monteneqronun paytaxtı Podroqitsada keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14834
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14759
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14717
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12431
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10849
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8847
"Zaur, yenə çaşdın..." - VİDEO
7627
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5771
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4810
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4314
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4281
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4020
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3944
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3709
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3104
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3087
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2846
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2832
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2692