AZ

30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu

İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaxo rayonunda iki hərbi baza qurub.

Ölkə.Az xarici mediaya istinadən bildirir ki, İraq Sərhəd Mühafizəsinin Türkiyə sərhədinə PKK terrorçuların sıx məskunlaşdığı Zaxo rayonunun Kişini kəndində 2 hərbi baza qurub.

Qeyd edilir ki, 30 ildən sonra ilk dəfə olaraq Sərhəd Mühafizəsinin Kişini kəndi yaxınlığındakı təpələrdə İraqla Türkiyənin birgə sərhəd təhlükəsizliyini təmin etmək üçün  bazalar qurulub.  

Məlumata görə, İraqla Türkiyə arasında sərhədin mühafizəsi barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də Bağdada və Ərbilə səfəri çərçivəsində əldə edilib.

Mürtəza
Ölkə.Az

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq