AZ

Ölkəmizdə 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb


Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan 2 milyon 394 min ev təsərrüfatının 43,2%-də və ya 1 milyon 34 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb. 
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, şəhər yerində evlərin 12,8%-i, kənd yerlərində isə evlərin 81,8%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb. 
Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda qeydı alınıb. Bu rayonda evlərin cəmi 9,1%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.

Elnur Əli
Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla