AZ

Qərb bankları Rusiyaya daha çox ödəniş etməyə başladı

Qərb bankları 2023-cü ildə Rusiyaya 800 milyon avro vergi ödəyib ki, bu da müharibədən əvvəlkindən 4 dəfə çoxdur.

KONKTRET.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə baxmayaraq, Qərb bankları yalnız dövriyyələrini artırıblar.

“Rusiyadakı aktivlərinə görə Avropanın yeddi ən böyük bankı – “Raiffeisen Bank International”, “UniCredit”, “ING”, “Commerzbank”, “Deutsche Bank”, “Intesa Sanpaolo” və “OTP” 2023-cü ildə 3 milyard avrodan çox ümumi mənfəət əldə etdiklərini bildirib. Bu mənfəət 2021-ci ildəkindən 3 dəfə çox olub və qismən bankların ölkədən çıxara bilmədiyi vəsaitlərdən əldə edilib”, – nəşr yazır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla