AZ

Şərq konfransının ilk yarımfinalçısı məlum oldu

Dünən MBA-da pley-offun ilk raundunun 4 oyunu baş tutub. Bu oyunlardan sonra ilk yarımfinalçı da müəyyənləşib.

“Minnesota Timbervulvs” səfərdə “Finiks Sans”a qalib gələrək seriyada hesabı 4:0-a çatdırıb. Meydan sahiblərinin heyətində Devin Buker 49 xal toplayıb.

“Filadelfiya Siksers” doğma arenada “Nyu-York Niks”ə mğlub olub – 92:97. Ceylen Branson kareyrasının ən məhsuldar oyununu keçirib. Onun aktivində 47 xal var. Meydan sahiblərinin lideri Embiid isə 27 xal toplayıb. Bu qələbədən sonra seriyada hesab 3:1 olub. Nyu-York komandası konfrans yarımfinalına çıxmağa yaxındır.

“Dallas Maveriks” doğma arenada “Los-Anceles Klippers”ə uduzub. Bu seriyada hesab 2:1 texaslıların xeyrinədir.

“İndiana Peysers” üçüncü dəfə “Miluoki Baks”a qalib gəlib. Miluoki komandasının cəmi bir qələbəsi var.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla