AZ

"Sumqayıt" 18 oyunluq həsrəti bitirdi

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”ı məğlub edib – 1:0.

FutbolPress” xəbər verir ki, “kimyaçılar” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə Roy Kehatın qoluyla qalib gəlib.

“Sumqayıt” 18 oyun sonra “atlılar”ı məğlub edib. “Gənclik şəhəri təmsilçisi sonuncu dəfə 2019-cu ilin noyabrında “Qarabağ”ı xalsız qoyub – 2:1.

“Sumqayıt” 32 turdan sonra çempionatda 50 xalla ikinci sıradadır. “Qarabağ” isə 73 xalla liderdir. Qurban Qurbanovun komandası bir neçə tur əvvəldən çempionluğunu rəsmiləşdirib.

Kamil Əhməd
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla