AZ

ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.

Xezerxeber.az xəbər verir ki, Antoni Blinken Ər-Riyadda ölkənin ali rəhbərliyinin nümayəndələri ilə görüşəcək, həmçinin beş ərəb dövləti - Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsləhətləşmələr aparacaq. Onlar Qəzza sektorunun müharibədən sonrakı gələcəyini müzakirə edəcəklər. Antoni Blinkenin Ər-Riyadda Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması mövzusuna da toxunacağı gözlənilir.

ABŞ-nin dövlət katibi daha sonra İordaniya və İsrailə gedəcək. O, Binyamin Netanyahu ilə görüşündə Qəzza sektorunda humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq