AZ

Fransanın QORXULARI: “Bunlar ölkə üçün artıq yükə çevrilir”

“Fransa özünün imperiya tarixinin müasir dövrdə də davam edən qalıqlarını əlində saxlamaq üçün onu dar çərçivəyə salan və onların qanunlarına tabe edən təşkilat və qurumlarla əlaqələrini minimuma salmağı planlaşdıra bilər. Fransanın Afrikadan böyük ölçüdə qovulması, digər nəzarətində olan Kataloniya, Fransız Quyenası və s. onu məcbur edir ki, potensialını bu ərazilərin qorunmasına sərf etsin. Avropanı, NATO-nu təşkil edən zəif ölkələrin yerinə maliyyə xərcləmək Fransa üçün artıq yükə çevrilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Fransa dünyada
ikinci silah istehsalçısı kimi öz gəlirlərini öz daxili xərcləri üçün istifadə etmək istəyir:

“Fransa miqrant məsələsində çox acınacaqlı vəziyyətdədir. Afrika müstəmləkələrindən miqrasiya Fransanın ən qorxulu yuxusudur. Fransanın şəhərlərində belə nəzarətsiz ərazilər vardır ki, burada ölkə qanunları belə işləmir. Narkoticarət, qadın alveri, narkomaniya, mütəşəkkil cinayətkarlıq baş alıb gedir. Narazılıqlar da bundandır. Bu baxımdan Fransanın NATO və Aİ-dən çıxma ehtimalı çoxdur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla