AZ

Ürək xəstəliyi riskinizi öyrənin! -Baş barmaq testi

Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib.

Medicina.az xəbər verir ki, Yale kardioloqları tərəfindən icad edilən "baş barmaq-ovuc testi"nin aorta problemləri barədə bir çox məlumat əldə etməyə imkan verdiyi iddia olunur.

Testin kollagen çatışmazlığını göstərdiyini ifadə edən Dr. Co Uvittinqton bu vəziyyətin damarları təhlükəli anevrizmalara itələyə biləcəyini bildirib.

"Tədqiqatlar göstərdi ki, aorta anevrizması olan hər kəsin testi müsbət nəticə verməsə də, testi müsbət çıxanların anevrizma riski 98 faizdir", - kaliforniyalı həkim deyib.

Testi etmək üçün əvvəlcə əlinizi açın, ovucunuz üzünüzə tərəf olsun, sonra baş barmağınızı çeçələ barmağınıza doğru uzadın. Baş barmağınız ovucun ortasına çatırsa, bu, yaxşı xəbərdir. Əgər baş barmaq əlinizin kənarına kimi gedib çıxırsa, deməli, kollagen pozğunluğunuz var.

“Sanford Health”də kardioloq işləyən Dr. Məhəmməd Siyad Panvarın sözlərinə görə, testin nəticəsi kollagen çatışmazlığının əlaməti olsa da, bu, mütləq anevrizma olduğunu göstərmir.

“Kollagen çatışmazlığı daha zəif qan damarları deməkdir. Bu, damarların zamanla şişməsinə və yırtılmasına səbəb ola bilər. Bu şərtlər aortanıza təsir göstərə bilər, lakinoynaqlarınız kimi bədənin müxtəlif hissələrində də öz təsirini göstərəcək. Kollagen pozğunluğu olan insanlarda hipermobillik sindromu adlanan vəziyyət müşahidə olunur, onlar daha elastik oynaqlara malikdirlər”, - o qeyd edib.

Yale New Haven Xəstəxanasının Anevrizma Mərkəzinin müdiri Dr. Con Elefteriades isə bunları söyləyib:

"Bu o deməkdir ki, həkimlə görüşməlisiniz, çünki risk var. Lakin bu, anevrizmanın tam diaqnozu deyil".

NHS-ə (Britaniyanın Milli Səhiyyə Xidməti) görə, aortası yırtılan hər 10 nəfərdən 8-i xəstəxanaya çatmazdan əvvəl ölür.

CDC-nin (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) son məlumatlarına görə isə aorta anevrizması 2019-cu ildə təxminən 9 904 ölümə səbəb olub.


Aysel

Seçilən
136
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4067
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3713
Bu yol qovşağında təmir işləri aparılacaq
3244
Bakıda hoteldə yanğın başlayıb
2771
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1876
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1721
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1567
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1520
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1512
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1354
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1311
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1225
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1209
Azərbaycan nefti ucuzlaşıb
1126
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1007
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
983
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
979
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
921
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871