AZ

“Qarabağ” rekordun üç addımlığında dayandı

Azərbaycan Premyer Liqasında çempionluğu vaxtından öncə təmin etmiş “Qarabağ”ın cari mövsümdəki qollu oyunlar seriyası qırılıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam təmsilçisi 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapa bilməyib – 0:1.

Qurban Qurbanovun yetirmələri cari mövsümdə buna qədər yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitmişdi.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla