AZ

Erməni mətbuatında İDDİA: Ermənistan KTMT-də üzvlüyünü dayandırıb

“Ermənistanın xarici siyasətində Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına səbəb olan dəyişiklik Moskva üçün heç bir təhlükə yaratmır”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Avropa İttifqaındakı (Aİ) səfiri Tiqran Balayan “Politico” nəşrinə müsahibəsində bildirib.

“Ermənistanın coğrafiyasına görə onun tarixən və praktiki olaraq Rusiya ilə o qədər çox əlaqələri var ki, Ermənistanın Rusiyanın regiondakı maraqlarını pozmağa çalışaraq intihara meylli addım atacağını ancaq xəstə təxəyyül düşünə bilər”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Aİ ilə münasibətləri Ermənistanın milli maraqlarına əsaslanır.

“Hazırda milli maraqlarımız bizdən Aİ və onun bütün üzv dövlətləri ilə nümunəvi əlaqələr qurmağı tələb edir. Bu, Rusiya ilə yaxşı ikitərəfli münasibətləri istisna etmir və rusiyalı tərəfdaşlarımıza izah etmək istədiyimiz budur”, Balayan deyib.

Qeyd edək ki, “Politico” Ermənistanın hazırda KTMT üzvlüyünü dayandırdığını iddia edib (baxmayaraq ki, İrəvan üzvlüyün dondurulduğunu elan edib – red.). Nüfuzlu nəşr yazır ki, İrəvan ABŞ qoşunlarını bu ölkədə birgə hərbi təlimlər keçirməyə dəvət edib, o cümlədən sərhəddəki toqquşmaların qarşısını almaq üçün Aİ-nin mülki müşahidəçilər missiyasını Ermənistana çağırıb.

Bundan əlavə, nəşrə görə, Ermənistan həssas malların ixracının qarşısını almaq üçün çalışaraq, Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamaq üçün səylərini artırıb.

Bu barədə danışan Balayan isə qeyd edib ki, bütün bunları “Rusiyanın hesabına Qərbə üz tutmaq” kimi qiymətləndirmək olmaz.
“Biz Rusiya diplomatları ilə bu məsələləri müzakirə edəndə və mən onlara nə etdiyimizi deyəndə, mən heç vaxt əks arqument almıram ki, niyə biz bunu etməməliyik. Lakin buna baxmayaraq, Avropa və Amerikanın Ermənistan iqtisadiyyatına investisiyaları Rusiyaya zərər vermir”, – deyə o bildirib.

Rafi Müslümov

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla