AZ

Ermənistan Baş Prokurorluğu Köçəryanın əmlakının müsadirə olunmasını tələb edir

Bakı. Trend:

Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti RobertKöçəryanın və "Çiçəklənən Ermənistan" partiyasının lideri QaqikTsarukyanın onlarla əmlakının və yüz milyonlarla dollar dəyərindəvəsaitinin qanunsuz yolla əldə edildiyini hesab edərək müsadirəsinitələb edir.

Trend xəbərverir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyandövlət-hüquq məsələləri üzrə parlament komissiyasının iclasındadeyib.

Belə ki, hüquq-mühafizə orqanları Köçəryan və onunla əlaqəlişəxslərin 25 ədəd daşınmaz əmlakını və on milyonlarla dollardəyərində vəsaitini müsadirə etmək istəyir.

Bundan başqa, Baş prokurorluq Ermənistanın keçmiş prezidentinin5 nəqliyyat vasitəsini və 4 milyon dollar dəyərində səhmlərinidövlətin xeyrinə müsadirə etmək niyyətindədir.

Həmçinin, Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsinfəaliyyətində iştirakı dayandırıla bilər.

Ermənistan Baş prokurorluğu Tsarukyan və onunla əlaqəli şəxslərəməxsus 79 ədəd daşınmaz əmlakın və 42 ədəd nəqliyyat vasitəsininmüsadirəsini tələb edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla