AZ

Ozan Can Kökçü sabiq komandasına qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 36-cı turu çərçivəsində keçirilmiş “Telstar”la oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 11 qol vurub, 4 məhsuldar ötürmə etmiş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 40 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 16 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Ozan isə bu mövsüm 38 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 76 oyuna çıxıb, 18 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
96
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq