AZ

“Mən siyasi məhbus deyiləm, adımdan istifadə olunmasın” - Nazim Bəydəmirli - FOTO

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
 
Nazim Bəydəmirlinin vəkili prosesdə bir sıra vəsatətlə çıxış edib.
 
Həmin vəsatətlərdən biri seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili ictimai şəxsdir, bundan əvvəl cinayət törətməyib, həmçinin şahidlərə təsir etmək imkanı yoxdur.
 
Müdafiə tərəfinin digər vəsatəti iddia olunan cinayət işinin cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Vəkil hesab edir ki, iş materiallarında iddia olunan cinayət əməli 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir.
 
Nazim Bəydəmirli özü də vəkilinin vəsatətlərinə münasibət bildirib: "Guya 1996-cı ildə baş vermiş hadisə ilə bağlı mənə ittiham irəli sürülüb. 4 iyulda mənə ittiham verilib, hansı ki, həmin gün mən guya zərərçəkmiş olan Ədalət Bağırovdan şikayətə gəlmişdim. Mən ondan heç nə tələb etməmişəm. Biz şərik olmuşuq, şikayətimdə də onu demək istəyirdim ki, mənim onunla ortaq şirkətimdə 30 faiz payım var. 6 saat sonra məni elə Ədalət Bağırovun şikayəti əsasında saxladılar".
 
Nazim Bəydəmirli son olaraq özünün siyasi məhbus hesab etmədiyini qeyd edib: "Mən siyasi məhbus deyiləm. Çünki siyasi fəaliyyətim yoxdur. Mənim adımdan istifadə olunmasını istəmirəm. Mən siyasi fəaliyyətimə görə həbs edilməmişəm. İqtidara və müxalifətə də eyni məsafədə olan adamam. Mən dövlətimə, vətənimə sadiq adamam".
 
Prokuror vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
 
Məhkəmə prokurorla razılaşıb. Müdafiə tərəfinin qaldırdığı vəsatətlər rədd edilib.
 
İlk baxış iclası mayın 13-nə təyin edilib.
 
Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb. /"Qafqazinfo"/

Seçilən
85
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18562
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17824
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17076
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16894
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15586
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14780
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13900
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11131
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10969
"Zaur, yenə çaşdın..." - VİDEO
8585
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7596
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6892
Minimum əmək haqqı nə qədər arta bilər?
6817
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6450
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6039
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5575
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5422
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5055