AZ

MBA-da ilin məşqçisi məlum oldu

Mayk Deyqnoldt MBA-da ilin məşqçisi seçilib. Oklahoma komandasının çalışdırıcısı “Orlando Mecik”dən olan Camal Mozli və “Minnesota Timbervulvz”dan olan Kris Finçi qabaqlayıb.

Jurnalistlərin səsverməsinə görə , Deynqolt 89 dəfə birinci yerə qoyulub. Bununla da o, 473 bal yığıb. Mozli ilə son 4 ildə ilk dəfə “Orlando Mecik” pley-offa yüksəlib. Baş məşqçi 158 bal toplayıb. Onu 4 nəfər birinci yerə qoyub. Finç isə 105 xal yığıb.

İlk beşlikdə Bostondan Co Mazualla və Nyu-Yorkdan Tom Tibodo var.

Deyqnoltun başçılığı altında “Oklahoma Siti Tanders” Qərb konfransının çempionu olub.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla