AZ

Bu ölkə Rusiyaya ödənişləri dondurur

ABŞ-ın Rusiya ilə hesablaşmaları təmin edən Çin banklarına təzyiqi artdıqca, bir çox Çin firması rus tərəfdaşları ilə ticarəti davam etdirmək üçün həll yolları tapmağa məcbur olur.

Publika.az xəbər verir ki, "Reuters" həmsöhbətlərinin sözlərinə görə, iri Çin bankları Amerikanın mümkün sanksiyalarından ehtiyat edərək artıq Rusiya Federasiyasından ödənişlərin emalını minimuma endiriblər.

Nəticədə bəzi şirkətlər kiçik sərhəd banklarına, valyuta brokerlərinə və hətta qadağan olunmuş kriptovalyutalara müraciət ediblər.

"Rəsmi kanallar vasitəsilə iş görmək qeyri-mümkündür", - deyə Quanqdonqdakı məişət texnikası şirkətinin sahibi şikayət edir. Onun sözlərinə görə, əvvəllər istifadə etdiyi iri banklar Ukraynada müharibə başlayandan sonra Rusiya ilə qarşılıqlı hesablaşmaları kəskin şəkildə azaldıb. Menecerlərdən biri birbaşa "Wang"-a etiraf edib ki, bank Rusiya əməliyyatlarına görə Amerikanın sanksiyalarından qorxur.

"Oxşar vəziyyət Çindəki bütün iri dövlət bankları üçün xarakterikdir", - "Böyük Dördlük" Çin banklarından birinin əməkdaşı təsdiqləyir. O qeyd edir ki, Rusiya Federasiyası ilə əməliyyatlara nəzarətin gücləndirilməsi Vaşinqtonla “lazımsız problemlərdən” qaçmaq istəyindən irəli gəlir.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla