AZ

Zapata karyerasını Meksikada davam etdirə bilər

“Torino”nun forvardı Duvan Zapata karyerasını Meksikada davam etdirə bilər.

İdmanxeber.az məlumat verir ki, “Krus Asul” kolumbiyalı hücumçuyla yaxından maraqlanır. Meksika klubunun ilk təklifi 14 milyon avro civarında olub.

“Torino” və oyunçu tərəfi isə hələ qərarını verməyib. Zapata bu mövsüm A Seriyasında 33 oyuna çıxıb və 12 qol vurub.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla