AZ

Yasamalın zəbt olunan piyada zolaqları və keçilməz səkiləri - FOTO

Yasamal rayonunun bəzi küçələrində səkilər və piyada zolaqlarının qarşısı avtomobil sahibləri tərəfindən zəbt olunub.

Oxu.Az xəbər verir ki, belə küçələrdən biri Məhəmməd Xiyabani küçəsidir.

“Xiyabani küçəsində yolboyu səkiləri maşın ustaları zəbt ediblər. Yol keçməyin təhlükəsini gözə almaqdan bezmişik artıq. Yaşlılarla, uşaqlarla yol keçmək mümkünsüz olub. Gərək mütləq avtomobillərin hərəkət zolağından istifadə edəsən”, - deyə sakinlər bildiriblər.

Piyadaların hərəkətinə mane olan və həyatları üçün təhlükə yaradan daha bir ərazi isə Yasamal parkının qarşısıdır.

Belə ki, yolda piyada zolağı  və “Piyada keçidi” nişanı olmasına baxmayaraq, avtomobillər düz zolağın üstündə və ya yaxınlığında park edilir ki, bu da həm yolu keçmək istəyən piyadalar, həm də hərəkətdə olan sürücülər üçün ciddi təhlükə yaradır.

“Neçə dəfə olub ki, həmin ərazidə qəzadan son anda canımızı qurtara bilmişik. Uşaqla keçəndə belə yola baxan yoxdur. Piyada zolağının üstündə park edirlər, nə piyadalar yolun sağ-solunu görə bilmir, nə də hərəkətdə olan sürücülər”, - deyə sakini bildirib.

Xatırladaq ki, nəqliyyat vasitəsini piyada keçidinin üstündə saxlamaq inzibati xəta predmetidir və bu qaydanı pozanlar 20 manat məbləğində cərimə olunurlar.

Fotoları təqdim edirik:

Əzizə İsmayılova

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18275
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17610
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16838
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15346
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14346
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14013
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12949
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12411
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10773
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10666
"Zaur, yenə çaşdın..." - VİDEO
8467
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7423
Minimum əmək haqqı nə qədər arta bilər?
6663
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6583
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6179
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5308
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5239
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
4976
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4865