AZ

Azərbaycanla ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün yaxşı perspektivlər var – Politoloq

ABŞ dövlət katibi Entoni Blinkenin dəfələrlə Azərbaycan Prezidentinə zəng etməsi ABŞ-ın Azərbaycana verdiyi önəmi nümayiş etdirir.

Bu sözləri Herbiand.az-a ABŞ dövlət katibi Entoni Blinkenin ölkə rəhbərinə zəngini şərh edən politoloq Tural İsmayılov bildirib:

“Çünki ABŞ nə qədər dünyada ədalətsizliyi yaysa da, qəbuledilməz neoimperialist ənənələri davam etdirsə də, həm də dünyadakı güc mərkəzləri ilə hesablaşmaq məcburiyyətində qalır. Faktiki olaraq Azərbaycan da artıq dünyanın ən önəmli geopolitik güc mərkəzlərindən biri halına gəlib. Və bu da ABŞ tərəfindən görünür və izlənilir. Hesab edirəm ki, bu baxımdan da ABŞ-ın dövlət katibinin cənab Prezident İlham Əliyevə tez-tez zənglər etməsi, onunla müzakirələr aparması Azərbaycanın artan gücünü bir daha nümayiş etdirir”.

Politoloqun sözlərinə görə, ABŞ-la Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edə bilər:

“Özəlliklə ərazilərimizin minalardan təmizlənməsi və digər məsələlərdə ABŞ ortaya daha dolğun və aydın mövqe qoya bilər. ABŞ-ın bu gün işğalçı ilə işğala məruz qalana eyni gözlə yanaşmağa çalışması, eyni zamanda ABŞ-ın dünyada ədalətsizliyi əsas siyasi avanqardı halına gətirməsi ABŞ-dan narazılıqların daha da artmağına səbəb olur. Lakin buna baxmayaraq, Azərbaycanla ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün yaxşı perspektivlər var və hesab edirəm ki, bundan yararlanmaq olar”.

Elnurə İSAXAN

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla