AZ

Bir neçə qadın “gözəllik inyeksiyaları” zamanı HİV-ə yoluxub

Nyu-Meksikoda lisenziyasız tibbi kurortda müalicə alan üç qadına HİV diaqnozu qoyulub.

Herbiand.az xəbər verir ki, bu barədə “The Guardian” ölkənin federal səhiyyə rəsmilərinə istinadən yazıb.

Nəşr qeyd edir ki, bu, iynələrdən istifadə edilməklə həyata keçirilən kosmetik prosedur zamanı virusa yoluxma ilə bağlı ilk sənədləşdirilmiş hallardır. Qadınlar “vampir qaldırma” adlanan prosedurdan keçirdilər.

Araşdırma nəticəsində məlum olub ki, klinika 2018-2023-cü illər arasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş avadanlıqdan təkrar istifadə edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla