AZ

Oteldə yanğın çıxdı

Muğlanın Ortaca rayonunda otelin çardağında yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğının elektrik kontaktından çıxdığı ehtimal edilib. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə xilasetmə, jandarma və tibb işçiləri sövq edilib. 

Yanğınsöndürənlərin 1 saatlıq səyi nəticəsində alov aşağı mərtəbələrə keçmədən söndürülüb. Çardaq zədələnərkən, yanğınla bağlı araşdırma başladılıb.

Günel Məlikzadə


Seçilən
9
Mənbələr
Şərh ()
Bağla